Həftə bu gün: Azərbaycan və Ermənistan "sülhə gedirlər"

Praqa Əliyev Paşinyan Ərdoğan
Çap edildi

Videonu bu linkdə - Youtube-da izləyin.

Bu həftə Azərbaycanın və regionun diqqəti Praqada idi.

Fransanın təşəbbüsü ilə yaradılmış Avropa Siyasi İcması adlanan klubun ilk sammitinə gedən liderlərin qeyr-rəsmi mühitdə, səmimi ab-havada görüşü sülhə ümidləri artırdı.

Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıdıqları barədə 1991-ci il Almatı bəyannaməsini bir daha təsdiqlədiklərini bildirdilər. Prezident İlham Əliyev Praqa görüşündən sonra verdiyi açıqlamalarda Qarabağın erməni əhalisilə danışıqlara gediləcəyini bildirib

Azərbaycan və Ermənistan liderlərinin Avropanın təmsilçiliylə keçirilən hət hansı görüşündən öncə və ya sonra olduğu kimi bu dəfə də, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbi geosiyasi intriqalarda ittiham edib və Cənubi Qafqazda vəziyyətin təhlükəli şəkildə pozula biləcəyini deyib.