Laçın Azərbaycanın nəzarətinə keçdi, Qarabağ ermənilərilə görüş, Bəxtiyar Hacıyevi yenə oğurladılar
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, Youtube-da izləyin.
Azərbaycanın Laçın şəhərində, Zabux və Sus kəndlərində yaşayan erməni əhalinin çoxu artıq oranı tərk edib. Onlara avqustu 25-dək evlərini boşaltmaq göstərişi verilmisdi. Bu kəndlər Ermənistanı Qarabağa bağlayan Laçın dəhlizinə yaxındır. Bu dəhliz artıq, 2020-ci ildə imzalanmış atəşkəs razılaşmasına əsasən, Azərbaycanın nəzarətinə keçir. Azərbaycan erməni əhalinin istifadəsi üçün yeni yol tikib - bu, Laçın və Zabuxdan yan keçir və Laçın dəhlizini əvəzləyəcək.
İlk dəfə Azərbaycanın rəsmi qurumu tanınmamış "Dağlıq Qarabağ" hakimiyyəti ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Azərbaycanın Meliorasiya və Su Təsərrüfatından BBC Azərbaycancaya deyiblər ki, onlar Sərsəng su anbarına baxış keçiriblər.
Azərbaycanda siyasi fəal Bəxtiyar Hacıyev bu həftə canlı yayıma başladığı an yox oldu.
Saatlar sonra məlum oldu ki, onun Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları saxlayıbmış. O, mətbuat konfransı keçirərək, bəyan etdi ki, polis onu yazdığı Facebook statusunu silməyə məcbur edib. Bizə müsahibəsində o, Azərbaycan vətəndaşlığından imtina etmək niyyəti barədə danışıb.
Könül Xəlilova həftə ərzində baş verən hadisələri təhlil edir.

Şəklin mənbəyi, ArtsaxTV




















