You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bağçada döyülən uşağa görə qəzəblənən İsmayıllı sakinləri: "Nə ixtiyarı var?"
Çap edildi
Oxuma vaxtı: 1 dəq
Bir neçə gün əvvəl İsmayıllıdakı 1 saylı uşaq bağçasında tərbiyəçinin azyaşlını vurması görüntüləri yayılıb.
İsmayıllı sakinləri BBC News Azərbaycancaya danışarkən uşağa qarşı belə bir davranışa yol verilməsindən narazılıqlarını bildiriblər.
Hadisəyə görə 30 ildən çox çalışdığı bağçada işini itirən tərbiyəçi Zülfüyyə Baxışovanın oğlu Taleh Baxışov BBC News Azərbaycancaya deyib ki, o, anasının davranışını müdafiə etmir, amma hesab edir ki, baş vermiş hadisə "çox şişirdildi".