Rüstəm İsmayılbəyli: “Sırf siyasi sifarişlə həbs olundum”

Videonun alt yazısı, “Sırf siyasi sifarişlə həbs olundum”, aksiyadan sonra həbs olunan tələbə
Çap edildi

Rüstəm İsmayılbəyli Bakı Dövlər Universitetində təhsil alır. O, 1 dekabrda Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmliyə azadlıq tələbi ilə keçirilən aksiyadan sonra həbs olunub və karantin qaydalarını pozma maddəsi ilə 30 sutkalıq həbs cəzası alıb.

Rüstəm İsmayılbəyli aksiyada iştirak etmədiyini vurğulayır. Həbsi ilə bağlı iki apelyasiya şikayəti verən tələbə dekabrın 15-də məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Rüstəm İsmayılbəyli həbsdə olduğu müddətdə dərslərində iştirak edə bilməyib. Əgər universitet dərsdə iştirakını üzrlü saymazsa, o, bu il universiteti bitirə bilməyəcəyini deyir.

Rüstəm İsmayılbəyli ötən il də aksiya təşkil etdiyi üçün 15 sutka müddətinə həbs olunub.

Videonu BBC News Azərbaycanca üçün Bakıda Əminə Məmmədova çəkib.