Azərbaycan MN döyüş atışları keçirir

Raket

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi

Çap edildi

Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə bölmələri ümumqoşun poliqonunda döyüş atışları keçirirlər. Bu barədə Müdafiə Nazirliyi bildirir.

"Döyüş atışlarının əsas məqsədi şəxsi heyətin zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir".

Məlumata əsasən, atışlar döyüş hazırlığı planına uyğun olaraq həyata keçirilir. Döyüş atışlarının nə qədər davam edəcəyi barədə məlumat verilmir.

Bu atışlardan əvvəl Azərbaycan sərhədləri yaxınlığında İranın genişmiqyaslı təlimləri keçirilib. Tehran və Bakının əlaqələri bir hissəsi Azərbaycan ərazisindən keçən Ermənistanın Azərbaycan bir hissəsi onun ərazisindən keçən Ermənistanın Gorus-Qafan yoluna nəzarəti bərpa edəndən sonra Bakı ilə Tehran arasında narazılıqlar yaranıb.