You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar barədə nə deyib?
Video açılmırsa, YouTube-dan izləyin.
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycanla "istər yüksək, istərsə də ən yüksək səviyyədə danışıqlar prosesində iştirak etməyə" hazırdırlar.
Bundan əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistanı yenidən Azərbaycanla danışıqlara başlamağa çağırıb.
Hökumət iclasında bununla bağlı danışan Nikol Paşinyan Ermənistanın konkret təkliflər gözlədiyini qeyd edib.
Yenidən baş nazir seçilən Paşinyan onu da deyib ki, Yerevanın xarici siyasətinin əsas istiqamətlərindən biri qonşu ölkələrlə münasibətlərin "dərinləşdirilməsi və normallaşdırılması" olacaq.
Baş nazir Azərbaycanla srəhədlərin demarkasiya və delimitasiyası üzrə işlərin fallaşdırılmasını da təklif edib.