Astara və Lerikin bəzi kəndləri qazsız qalıb

Çap edildi
Oxuma vaxtı: 1 dəq
Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Astara rayonun Kijəbə qəsəbəsinin bəzi yerlərində və Lerikin Günəşli kəndinin özündə isə evlərə təbii qaz çəkilməyib.

Kijəbə qəsəbəsinin sakini İradə Allahverdiyavanın evində təbii qaz çəkilmədiyindən o, bir stəkan çay üçün də ocaq qalamalıdır.

Ocaq qalamaq üçünsə ağac lazımdır. Meşədən odun götürməyə icazə verilmədiyindən bəzi sakinlər həyətlərindəki ağacları kəsməyə məcbur qalırlar.

Sakinlər deyirlər ki, Lerik rayonunun turizm potensialı olan Günəşli kəndində də təbii qazın olmaması onların problemlərini artırır, yerli biznesə ziyan vurur, turistləri qaçırdır.

Azərqazdan verilən məlumata görə, Astara rayonunun Kijəbə qəsəbəsi qazlaşdırılıb, qəsəbənin yeni yaşayış massivində də küçə qaz xətlərinin çəkilməsi nəzərdə tutulub.

Qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov BBC News Azərbaycancaya bildirib ki, Lerik rayonun Günəşli kəndinin qazıaşdırılması isə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulub. Amma o, konkret tarix söyləmir, sadəcə onu deyir ki, yaxın zamanlarda bunun reallaşacağına ümid edir.

Reportajı jurnalist Əminə Məmmədova hazırlayıb.

Astara, İradə Allahverdiyeva
Şəklin alt yazısı, İradə Allahverdiyeva