İlham Əliyev: "Ordumuzun say tərkibi artırılacaq"

Çap edildi

Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərlə görüşən Prezident İlham Əliyev Azərbaycan ordusunun say tərkibinin artırılacağını bildirib.

"Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq".

Azərbaycan Ordusunun komandanlığı və şəxsi heyətinin bir qrupu ilə görüşən İlham Əliyev deyib ki, Dağlıq Qarabağ adlı "ərazi vahidi" və "münaqişə anlayışı" yoxdur və hazırda sülh müqaviləsinə hazırlıq işləri getməlidir.

"Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir."

Yerevan son bəyanata münasibət bildirməyib. Lakin yanvar ayında Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü vaxtı Nikol Paşinyan münaqişənin "hələ həll" edilmədiyini bildirmişdi.

Ötən gün Azərbaycan Prezidenti avropalı rəsmilərlə görüş vaxtı deyib ki, Ermənistan hökuməti sülh sazişinə dair danışıqlarla bağlı Azərbaycanın bəyanatlarını cavabsız qoyur.

Həmçinin oxuyun: