Vladimir Putin Ermənistan Baş naziri və Azərbaycan Prezidenti ilə danışıb

Çap edildi

Rusiya Prezidenti Vladimir Putin martın 11-i və 12-də Azərtbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefonla danışıb, Kremlin mətbuat xidməti bildirir.

"Dağlıq Qarabağ üzrə 2020-ci il 9 noyabr və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarda qeyd olunmuş razılaşmaların həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib", - məlumatda deyilir.

Qeyd olunub ki, Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunur, vəziyyət isə bölgədə, ümumən, stabil və sakitdir.

Həmçinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyaları üzərindən blokadanın götürülməsi, və Baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupun "bu kontekstdə fəaliyyəti müsbət qiymətləndirilib".

Məlumata görə, həm Paşinyan, həm Əliyev Laçın dəhlizi boyunca yerləşdirilmiş Rusiya sülhməramlı kontingentin "səmərəli hərəkətlərinə" yüksək qiymət veriblər.