Qəzalı yataqxana sakinləri: "Mən gecələr qapını bağlamıram ki, ölüb eləsəm camaat məni çıxara bilsin"

Çap edildi
Oxuma vaxtı: 1 dəq
Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmasa Youtube-dan izləyin.

Keçmiş soyducu zavodunun Rizvan Teymurov küçəsində yerləşən yataqxanası qəzalı vəziyyətdə olan binalar siyahisına daxil olunub. Lakin bu binada hələ də yaşayış var.

Sakinlər deyir ki, hər gün binada hansısa sakin qəzalı vəziyyətlə üzləşir və xəsarət alanlar da olub.

Yataqxananın fiziki məhdudiyyətli sakinləri də onlar üçün şəraitin lap ağır olduğunu deyiblər.

Qəzalı binada yaşayan məcburi köçkün Sədaqət Məmmədova deyir ki, sakinlər həm də rəsmi qurumların laqeyid münasibətindən şikayətçidirlər.

Sakinlər deyir rəsmi olmasa da onlara təklif olunan həll yolu da onları qane etmir.

Bakı Şəhər Nizami Rayon İcra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev BBC NeWs Azərbaycancaya deyib ki, sakinlərin şikayətinə həmişə baxılıb və qəzalı binanın problemi diqqət mərkəzindədir.

İldırım Mehdiyevin sözlərinə görə, binanın sökülməsi, sakinlərin yerləşdirilməsi kimi məsələlər böyük xərc tələb edən işlərdir və İcra hakimiyyəti bu səlahiyyətlərə sahib orqan deyil. O bildirib ki, binanın problemləri ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub və qərarı bu qurum verməlidir.

BBC News AzərbaycancaNazirlər Kabinetindən məsələ ilə bağlı şərh ala bilməyib.

Qəzalı yataqxana sakinləri
Şəklin alt yazısı, Qəzalı yataqxana sakinləri: "Mən gecələr qapını bağlamıram ki, ölüb eləsəm camaat məni çıxara bilsin"