Həyətlərinə və zirzəmilərinə çirkab suları dolmuş sumqayıtlılar: "Şikayət edirik, baxan yoxdur"

Çap edildi
Oxuma vaxtı: 1 dəq
Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Sumqayıt şəhərinin 9 mikrorayon ərazisində bir neçə binanın sakinləri həyətə axan və zirzəmilərə dolan kanalizasiya sularından şikayətçidirlər.

Onlar deyir ki, bu problem bir müddətdir davam edir və üfunət qoxusundan həyətə çıxmaq mümkünsüz hala gəlib.

Çirkab suları binaların zirzəmilərinə dolur, binaların bloklarına daxil olanda pis qoxudan dayanmaq mümkün deyil.

Hətta bəzi binların liftlərinə daxil olanda da üfunət qoxusu hiss edilir.

Sakinlər deyir ki, bu gün çirkab sularının axması dayanıb, amma qoxu hələ də qalmaqdadır.

Bəzi binlarda isə çirkab sularının zirzəmilərə dolması uzun müddətdir ki, baş verir.

Sakinlərin sözlərinə görə problem ərazidəki boruların dəyişməməsindən yaranır. Qəzalar baş verəndə borular təmir edilib, indi isə bu borulardan küçələrə su axır.

28-ci binanın sakinləri isə həm həyətə axan kanalizasiya sualarından, həm də binadakı su təchizatından şikayətçidir. Onlar deyir ki, gündüz saatlarında su az gəlir.

Sakinlər çirkab sularının içməli suya da qarışması ehtimalından narahatdırlar.

Onlardan bəziləri su üçün filtr də alıb ki, içdikləri suyun çirkli olmamasından əmin olsunlar.

Məsələ ilə bağlı Azərsu ASC-dən şərh almaq mümkün olmayıb.

Amma Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirdilər ki, məsələdən xəbərdardılar və ərazidə Azərsu ASC tərəfindən iş aparılır.

Sumqayıt sakini