Naxçıvanın Kərki kəndi haqqında ziddiyyətli məlumat, "Azərxalça" idarə heyətinin sədri həbs edilib

Kərki (Ermənistanda Tiqranaşen - red.)

Şəklin mənbəyi, Wikimedia

Çap edildi

Naxçıvanın Kərki kəndi haqqında ziddiyyətli məlumat, "Azərxalça" idarə heyətinin sədri həbs edilib, Azərbaycan və Ermənistan təhlükəsizlik xidməti rəhbərləri görüşüb, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Naxçıvanın Kərki kəndi haqqında ziddiyyətli məlumat

Ermənistanın Ərazi İdarəçilik və İnfrastruktur Nazirliyi Kərki (Ermənistanda Tiqranaşen adlanır - red.) kəndinin Azərbaycana verilməsi ehtimalı haqqında xəbərləri təkzib edib. Bu baradə "Sputnik Armenia" agentliyi xəbər verir: "Nazirliyin mətbuat katibi Armine Muradyan məlumatın həqiqətə uyğun olmadığını bildirib".

Şənbə günü bir neçə Ermənistan teleqram kanallarında Ermənistan və Azərbaycan təhlükəsizlik xidmət rəhbərləri arasında Naxçıvan sərhədində görüşün müəyyən təfərrüatları açıqlanıb. Həmin məlumatlara görə, "Ararat vilayətinin Tiqranaşen kəndi" yaxın 5 gün ərzində Azərbaycana ötürülməlidir.

Azərbaycana məxsus eksklav olan Kərki kəndi 1992-ci ildə, Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçib. Ermənistanın şimal və cənub hissələrini birləşdirən yol bu kənd üzərindən keçir.

"Azərxalça" idarə heyətinin sədri həbs edilib

"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti (ASC) idarə heyətinin sədri həbs olunub, bu barədə Baş prokurorluq bildirir. Məlumata görə, Vidadi Muradovun həbsi korrupsiya hallarına qarşı mübarizə tədbirləri çərçivəsində aparılan araşdırmanın nəticəsidir.

"09 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir", - Baş prokurorluğun yaydığı açıqlamada deyilir.

Vidadi Muradovun ittihama münasibəti məlum deyil.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi "Azərxalça" ilə bağlı "digər cinayətlərdə" iştirak etmiş şəxslərə dair "əməliyyat-istintaq tədbirlərinin" davam etdirildiyini bildirir.

Azərbaycan və Ermənistan təhlükəsizlik xidməti rəhbərləri görüşüb

Moskvada keçirilən görüş iştirakçıları

Şəklin mənbəyi, DTX

Şəklin alt yazısı, Ötən ilin sonunda Əli Nağıyev və Armen Abazyan arasında görüş Moskvada baş tutmuşdu. (Arxiv görüntüsü)

Azərbaycan və Ermənistan təhlükəsizlik xidməti rəhbərləri arasında "neytral" sərhəd zonasında işgüzar görüş keçirilib. Bu barədə Ermənistan Təhlükəsizlik Xidməti xəbər verir.

Məlumata əsasən, Əli Nağıyev və Armen Abazyan əsirlərin mübadiləsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələləri müzakirə ediblər. Bu mövzuda təmasların davam etdiriləcəyi bildirilir.

Şənbə günü yayılan açıqlamada görüşün dəqiq vaxtı barədə məlumat verilmir.

Bundan əvvəl Əli Nağıyev və Armen Abazyan arasında görüş ötən ilin sonunda Moskvada keçirilib. Bu görüş Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov vasitəçiliyilə baş tutmuşdu.

Azərbaycan ordusu: Azad edilmiş ərazilərdəki bölmələrin döyüş hazırlığının səviyyəsi yoxlanılıb

Hərbçilər

Şəklin mənbəyi, mod.gov.az

Azərbaycanın Müdafiə Nazirliyi "azad edilmiş ərazilərdə dislokasiya olunan" bölmələrin təminatı və döyüş hazırlığının səviyyəsini yoxlayıb. Bu barədə hərbi qurumun şənbə günü yaydığı rəsmi açıqlamasında deyilir.

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb".

Məlumata əsasən, yoxlanış vaxtı Müdafiyə naziri qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb, vəzifəli şəxslərə "müvafiq tapşırıqlar verib".

Cəbrayıl istiqamətində daha 3 erməni hərbçinin "cəsədi tapılıb"

Erməni hərbçiləri

Şəklin mənbəyi, Hetq.am

Ermənistan mediasının bu gün yaydığı xəbərə əsasən, Cəbrayıl istiqamətində aparılan axtarış nəticəsində daha 3 erməni hərbçinin cəsədi tapılıb.

Rəsmi məlumata görə, bu günə qədər ümumilikdə 1197 hərbi və mülki şəxsin cəsədi tapılıb.

Qarabağda müharibə vaxtı həlak olan erməni hərbçiləri və mülki şəxslərin axtarışı üzrə əməliyyat bazar ertəsindən davam etdiriləcək.

Bu barədə şənbə günü yerli "fövqəladə hallar xidmətinin" nümayəndəsi bildirib.

Bazar ertəsinədək ictimai nəqliyyat işləməyəcək

avtobus

Şəklin mənbəyi, Getty Images

Bazar ertəsinədək ictimai nəqliyyat işləməyəcək

Bu gündən başlayaraq yanvarın 11 kimi ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Ötən həftə qüvvəyə minən Nazirlər Kabinetinin qərarına əsasən, bundan sonra ictimai nəqliyyat aşağıda göstərilən günlərdə işləməyəcək.

- 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;

- 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;

- 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək

Həmçinin oxuyun: