Azərbaycanda koronavirus: daha 1064 yoluxma halı qeydə alınıb

Kişinin temperaturu ölçülür

Şəklin mənbəyi, Getty Images

Çap edildi

Bu gün Azərbaycanda koronavirus infeksiyasına daha 1064 yoluxma faktı qeydə alınıb, 32 nəfər vəfat edib. Bugünki yeni sağalma sayı 4127 nəfərdir.

Nazirlər Kabineti yanında Operativ Qərargah dekabrın 31-də bildirib ki, indiyədək ölkədə 218 min 700 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkar olunub.

Onlardan 184 min 422 nəfər müalicə olunaraq sağalıb, 2641 nəfər vəfat edib.

Hazırda müalicə olunan xəstələrin sayı 31 min 637 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 195 min 466 test aparılıb. Bugünkü test sayı isə 10219 olub.

Laboratoriya

Şəklin mənbəyi, EPA

Azərbaycan mediasında sosial məsafə və maska taxmaq kimi tələblərə əvvəlki kimi riayət olunmadığını göstərən məlumatlar yayılır. Öz növbəsində, hakimiyyət qaydaların pozulması ilə bağlı tədbir gördüyünü bildirir.

"Dekabrın 1-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızın ayrı-ayrı şəhər və rayonlarında, eləcə də Bakıda 26 aktiv "COVID-19" xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlar əsasən, əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə aşkarlanıblar", - DİN-in rəsmi saytındakı açıqlamada deyilir.

Məlumata əsasən, ev şəraitində müalicə təyinatını pozaraq bayıra çıxan bəzi şəxslərə qarşı cinayət işi başlanıb və araşdırmalar "davam etdirilir".

Tibb işçisi

Şəklin mənbəyi, Getty images

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 26 sentyabr tarixinə qədər koronavirus hadisələrinin ümumi sayı 40 mindən aşağı olub. Ermənistan üzrə bu göstərici eyni dövr üçün 50 min civarında idi.

Oktyabr ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hərbi əməliyyatlara görə yaranan insan köçünün vəziyyətin pisləşməsinə töhvə verdiyini qeyd edib: "Münaqişə, pandemiya səbəbindən yükü artan səhiyyə sistemini daha da yükləməklə onun işinə birbaşa mənfi təsir göstərir. Bu, ÜST-nin Avropa regionunda COVID-19-a yoluxma hallarının sayının artmağa davam etdiyi bir vaxta təsadüf edir".