“Millət şəhid verə bilər, amma parada sevinə bilməz”, Bakıda parada buraxılmayanlar qəzəblidir

Çap edildi
Oxuma vaxtı: 1 dəq

Video açılmırsa YouTube-dan izləyin.

"Bakı sakinləri hərbi paradı izləmək üçün Nizami küçəsi və Sahil bağı ətrafından paradın keçiriləcəyi Azadlıq meydanına tərəf getməyə çalışır. Lakin polis tərəfindən onların qarşısı kəsilir. Polis əməkdaşları insanları bulvara buraxmır," hadisə yerində olan BBC News Azərbaycancanın müxbirləri deyirlər.

Müxbirlərimiz deyirlər ki, "Bakı sakinləri Azərbaycanın Zəfər paradını daha yaxından izləmək istədiklərini bildirsələr də, polis əməkdaşları insanların bulvara buraxılmayacağını deyib, səbəbini isə izah etməyiblər".

Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi Vaqif Dərgahlı BBC-yə bildirib ki, "insanlar hazırda Kukla Teatrının yanındadırlar və onlar parada baxmağa toplaşıblar".

"Şəhər bağlı deyil ki, bax, mən indicə ordan keçdim insanlar Kukla Teatrının yanındadırlar, dayanıb baxırlar".

Bakı şəhər Baş Polis İdarəsindən BBC-yə bildiriblər ki, "tədbirlə bağlı müvafiq qaydada təhlükəsizlik tədbirləri məqsədilə nəzarət qaydasında və pandemiyanın kütləvi yayılmasının qarşısının alınması və ərazidə sıxlıq yaranmaması üçün zəruri tədbirlər həyata keçirilir".

Əlaqə saxladığımız bəzi rəsmi qurumlar əhaliyə toplaşmamaqla bağlı öncədən rəsmi xəbərdarlığın olub-olmaması ilə bağlı məlumatlı olmadıqlarını bildirirlər.

BBC Azərbaycan Bakı Parad