Sentyabr ayında karantin qaydaları: hansı qadağalar var?

Polislər

Şəklin mənbəyi, Anadolu Agency/Getty Images

Çap edildi

Azərbaycanda karantin rejiminin qaydalarına dair yeni qərara əsasən, 14 sentyabr saat 06:00-dan etibarən Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunur, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda deyilir.

Bununla yanaşı sentyabrın 30-dək xüsusi karantin rejimi tətbiq edilən yerlərdə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır: Yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış, ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları və "ASAN xidmət" və "DOST" mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu.

Qərara əsasən dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinə icazə verilmir.

Bu gündən rayonlara gediş-gəliş açılır, qapalı kafe-restoranların işinə icazə verilir

Şəklin mənbəyi, Getty Images

Bununla yanaşı küçə, bulvar, park kimi yerlərdə (yaxın qohumlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşmək olmaz.

Yeni qaydalara görə, muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zalları bağlı qalmalıdır.

Əlavə olaraq sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

  • nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;
  • ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi;

Bundan əvvəl Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi sentyabrın 30-dək uzadılıb.

Məktəbli

Şəklin mənbəyi, Mehr

Şəklin alt yazısı, Dərslər 7 aylıq fasilədən sonra açılıb

İranda məktəblərin açılması tənqidə tuş gəlib

Iranda məktəblər açıldı, amma hökuməti buna görə tənqid olunur

İranda bu gündən etibarən məktəblər açılıb. Prezident Həsən Ruhani deyib ki, təhsil ocaqları hətta 8 il gedən müharibə illərində bağlanmadı. İran prezidenti və hökumət rəsmiləri məktəblərin yenidən açıldığını deyərək dərslərə qatılmağın məcburi olmadığını təkrarlayırlar.

Bu arada parlamentin səhiyyə komissiyasının rəhbəri məktəbləri açmaq qərarını tənqid edib.

Hüseyn Əli Şəhriyari deyib ki, uşaqlardan özünü qorumaq tələblərinə əməl etməyi gözləmək mümkün deyil.

Məktəblər koronavirus pandemiyasına görə, 7 aylıq fasilədən sonra fəaliyyətə başlayır.

Hazırda 110 min məktəbdə 15 milyon iranlı təhsil alır.

Təbrizin Traktor klubu İran Kubokunu qazanıb

Şəklin mənbəyi, Irna.ir

Şəklin alt yazısı, Təbrizin Traktor klubu İran kubokunu qazanıb

Təbrizin Traktor klubu İran Kubokunu qazanıb

Təbrizin Traktor futbol klubu Tehran təmsilçisi Isteqlal komandası üzərində 3 - 2 fərqlə qalib gələrək İran kubokununa yiyələnib.

BBC Fars xidmətinin məlumatına görə, Traktor komandasından hər üç qol oyunun birinci yarısında vurulub.

Oyunun ilk yarısında qolları Məhəmməd Rza Xanzadə, Aşkan Dejagah və Əkbər İmani vurub.

Bu Traktor klubunun tarixində ikinci dəfədir ki, İran kubokunu qazanır.

Bundan əvvəl futbol klubu 2014-cü ilədə bu kuboku əldə etmişdi.

bağçalara geyim paylanır, bağçalar, bağça neçəyədir, məktəbəqədər təhsil müəssisələri

Şəklin mənbəyi, AZERTAG

Bakıda uşaq bağçaları açılır: bəs, hansı qaydalarla?

Sentyabrın 15-dən Bakıdakı dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib, Bakı Şəhər İcra Hakimiyyəti bildirib.

Qurumun məlumatında deyilir ki, müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq oktyabrın 1-dək bağçaların tam açılması nəzərdə tutulur.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) idarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işlərinin aparıldığını, işçi personalının pandemiya şəraitində işləmək qaydaları ilə bağlı təlimatlandırıldığını bildirib.

Bağçalaların dezinfeksiya məhsulları ilə təmin edildiyi, mütəmadi havalandırma və dezinfeksiya tədbirlərinin nəzərdə tutulduğu qeyd olunub.

BŞİH pandemiya ilə əlaqədar bağçalarda müəyyən nəzarət tədbirlərinin qaydalarını açıqlayıb.

Qaydalara görə, hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaq.

Bundan başqa, həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaq.

Azərbaycanda ali və orta məktəblərdə yeni tədris ili də sentyabrın 15-də başlayacaq.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.

Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi sentyabrın 30-dək uzadılıb.