4 aydır istintaqdan cavab gözləyən ölmüş əsgərin atası : "Ürəyim partlayır, mən nə edim?"

Çap edildi
Oxuma vaxtı: 1 dəq

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Qubanın Alpan kəndinin sakini Çernobıl əlili Qafar Zəkiyevə bu ilin may ayının 1-də əsgərlikdə olan övladının ölüm xəbəri verilib.

Bundan bir neçə gün əvvəl isə mərhum Mustafa Zəkiyevin 19 yaşı tamam olubmuş.

Mustafa Zəkiyev Hacıqabul rayonunda N saylı hərbi hissədə 10 aydır ki, xidmət edirmiş.-

Valideynlərinə onun intihar etdiyi bildirilsə də, onlar buna inanmırlar.