You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Susuzluğa görə etiraza qalxmış Saatlının kəndlərində vəziyyət necədir?
Video açılmırsa, YouTube-dan izləyin.
Saatlı sakinləri deyir ki, rayonda su problemi nəticəsində Çolpukənd, Nabatkənd, Fətəlikənd, Qaranur, Qarayevkənd, Şirinbəyin əhalisi də, heyvanları da, əkin sahələri də "suya həsrətdirlər".
Ötən cümə günü Saatlı rayonunun iki aydır susuz qalmış kəndlərindən olan Çolpukənd, Muğan və Qarayevkənd kəndlərinin bəzi sakinləri etiraz edərək yolu bağlamağa cəhd ediblər.
Onlara bu həftə əvvəli su probleminin həlli söz verilsə də, müsahiblərimiz deyir ki, bu tam baş verməyib.
Məsələ ilə bağlı hələ ki nə Saatlı rayon icra hakimiyyətindən nə də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən şərh almaq mümkün olmayıb.
Ancaq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ötən həftə BBC News Azərbaycancaya bildirib ki, Saatlıda su problem "son zamanlar Araz çayında suyun sərfinin azalmasından" qaynaqlanır.
Qurumdan deyiblər ki, bu iş nəzarətə götürülüb və onun həlli istiqamətində işlər aparılır.