İran sərnişin təyyarəsinin vurulmasını "insan səhvi" adlandırıb, Elvis Presley-in nəvəsi ölüb, Roma Papası Ayasofya barədə: "Ağrılıdır"

İstanbulda Ayasofya məscidi

Şəklin mənbəyi, Getty Images

Çap edildi

Roma Papası Ayasofyanın məscidə çevrilməsi ilə bağlı şərh verib, Polşanın hazırkı prezidenti, ikinci dəfə Andrzej Duda prezident seçilib, İran yanvar ayında Ukrayna sərnişin təyyarəsinin təsadüfən vurulmasının "insan səhvi" olduğunu deyib, rock-n-roll əfsanəsi Elvis Presley-in oğul nəvəsi ölüb - bu və başqa xəbərlər BBC News Azərbaycancanın icmalında.

Roma Papası Francis Türkiyənin Ayasofyanı məscidə çevirmək qərarının "ağrılı olduğunu" deyib.

Ayasofya təxminən 1500 il əvvəl xristian kilsəsi olaraq inşa edilib, 1453-cü ildə Osmanlının İstanbulu fəthindən sonra isə məscidə çevrilib.

Daha sonra 1934-cü ildə Atatürk dövründə UNESCO tərəfindən Dünya Mədəni İrsi siyahısına salınaraq muzeyə çevrilib.

Ötən həftə Türkiyə məhkəməsi Ayasofyanın muzey statusunu ləğv edib.

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Ayasofyada ilk namazın iyulun 24-də qılınacağını bildirib.

Bu addım bir çox ölkələrin dini liderləri tərəfindən tənqid olunub.

Polşada hazırki prezident seçkilərdə "irəlidədir"

Andrzej Duda

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Andrzej Duda

Polşanın hazırkı prezidenti, mühafizəkar Andrzej Duda ikinci beş illik müddətə yenidən tutduğu vəzifəyə seçilib. Bazar günü keçirilmiş səsvermədə o, Varşavanın liberal meri Rafal Trzaskowski-yə üstün gəlib.

Polşa Dövlət Seçki Komissiyasının məlumatına görə, ikinci turda Duda - 51,2%, Rafal Trzaskowski isə 48.8% səs toplayıblar.

Seçicilərin fəallığı 68,2% olub, bu, ölkənin müasir tarixində ən yüksək seçkidə seçicilərin iştrakı göstəricisidir.

Hazırkı seçki Polşanın gələcəyi və Aİ ilə münasibətləri ilə bağlı prinsipial bir məsələ kimi qəbul edilirdi.

Andrzej Duda xüsusən abort və geylər arasında nigah məsələlərinda mühafizəkar mövqe tutur.

Onun ilk prezidentlik dövründə məhkəmə sistemində keçirdiyi islahatlar Aİ tərəfindən tənqid edilib.

Trzaskowski-nin Vətəndaş Platforması partiyasının nümayəndəsi bazar ertəsi günü Reuters-ə bildirib ki, səsvermə zamanı pozuntuların baş verdiyi barədə məlumatlar gəlməkdədir.

Dudanın əleyhdarları bu kampaniyanın ədalətli olmadığını deyirlər: Polşa ictimai televiziyası Trzaskowski-ni daim lağa qoyub, Dudanı isə tərifləyib.

İran sərnişin təyyarəsinin vurulmasını "insan səhvi" ilə əlaqələndirir

İmam Xomeyni hava limanında qəzaya uğramış təyyarınin qalıqları

Şəklin mənbəyi, EPA

İran bildirib ki, yanvar ayında Ukrayna sərnişin təyyarəsinin təsadüfən vurulmasına hava hücumundan müdafiə vasitəsinin yerdəyişməsi olub.

Şənbə günü yayımlanan hesabatda, İranın Mülki Aviasiya Təşkilatı (CAOI) "insan səhvi" və hərbi rabitənin qüsurluğunu səbəb kimi göstərib.

Yanvarın 8-də Tehranda havaya qalxdıqdan az sonra Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə iki raketlə vurulduqdan sonra təyyarədəki 176 nəfərin hamısı həlak olub.

İran əvvəlcə hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Lakin Qərb kəşfiyyat rəsmiləri dəlillərin İranın iştirakını göstərdiyini söylədikdən sonra ölkə günahını etiraf edərək təyyarəni raketlə səhv saldığını söyləyib.

İran prezidenti Həsən Ruhani bunu "bağışlanmaz bir səhv" adlandırıb.

Elvis Presley-in nəvəsi ölüb

Soldan-sağa Priscilla Presley, Lisa Marie Presley və Benjamin Keough, foto 2010-cu ildə çəkilib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Benjamin Keough anası və nənəsi ilə. foto 2010-cu ildə çəkilib

Rock-n-roll əfsanəsi Elvis Presley-nin oğul nəvəsi bazar günü vəfat edib, onun anası Lisa Marie Presley-nin meneceri bildirib.

Benjamin Keough-nun 27 yaşı var idi, menecer Roger Widynowski onun ölümü ilə bağlı əlavə məlumat verməyib.

Widynowski deyib ki, Benjamin Lisa Marie-nin "həyatının mənası" idi, amma o, "üç qızına [Benjaminin bacıları-red.] görə güclü dayanmağa" çalışır.

Los Angeles polis ida rəsi adı çəkilən şəxsin ölüm faktını və hadisə ilə bağlı istintaqın aparıldığını təsdiqləyib, lakin əlavə məlumat verməyib.