Bakıda sakinlər ikigünlük təcridə belə hazırlaşdılar
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube-dan izləyin.
Həftəsonu Bakı, Lənkəran, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda şənbə-bazar sərt təcrid tətbiq olunub.
Əhaliyə küçəyə çıxmağa iki halda icazə verilib: həyatına real təhlükə yaranarsa və ya yaxın qohumu vəfat edərsə, onun dəfnində iştirak etməyə icazə verilib.
Bəs, ikigünlük sərt təcrid öncəsi Bakının mağazalarında vəziyyət necə idi?
İri ərzaq mağazalarında alıcılar əvvəlki günlərlə müqayisədə çoxd olub, buna görə də yaranan sıxlıq ucbatından sosial məsafəni qorumaq yada düşməyib.
Müşahidə elədik ki, sıxlıq əsasən meyvə-tərəvəz və çörək şöbələrinin qarşısında yaşanır. Hətta, bəzi piştaxtalar tamamilə boşalmışdı.
Mağazalarda bazarlıq edən şəxslərdən bəziləri BBC müxbirlərinə tək həftəsonu üçün yox, gələn həftə üçün də bazarlıq etdiklərini bildiriblər.
Ayrı-ayrı şəxslər həftəsonu sərt təcriddən narazı olduqlarını deyirlər.
Bəzi şəxslər isə bunu vacib hesab edib.
Azərbaycanda martın 24-də başlamış karantin rejiminin müddəti iyunun 15-dək uzadılıb.

























