Azərbaycanda qarlı hava neçə gün davam edəcək?

Bakıya qar yağıb
Şəklin alt yazısı, Bakıya qar yağıb
Çap edildi

Çərşənbə axşamı günü ölkənin bəzi şəhər və rayonlarına, eləcə də Bakının bəzi yerlərinə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova BBC News Azərbaycancaya bildirib ki, "çərşənbə axşamı gecədən başlayan qar çərşənbə axşamı günü tədricən kəsiləcək".

Gülşad Məmmədova bölgələrə yağan qarın da gün ərzində tədricən kəsiləcəyini bildirib.

"Fevralın 12-də isə ölkədə əsasən yağmursuz hava şəraiti gözlənilir. Fevralın 12-13-də gecə saatlarında bölgələrdə şaxtalı hava şəraiti davam edəcək, günorta saatlarında isə havanın temperaturu yüksələcək. Bakıda isə təkcə fevralın 11-də gecə şaxtalı hava şəraiti gözlənilir".

Onun sözlərinə görə, şaxtaya görə yolların buz bağlaması ehtimalı var.

Gülşad Məmmədova bildirib ki, fevralın 12-də Bakı və Abşeron yarımadasında havanın temperaturu günorta saatlarında 5-8 dərəcə, gecə - 1 dərəcəyədək, bölgələrdə isə 2-7 dərəcə, fevralın 13-də isə 10-13 dərəcə olacağı gözlənilir.