You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Zelenski Əliyevə: "Əmin edirəm ki, biz də olduqca qonaqpərvər bir ölkəyik"
Ukrayna prezidenti Vladimir Zelenski-nin Azərbaycana səfəri zamanı Azərbaycan və Ukrayna arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb. Nümayəndə heyətlərinin geniş tərkibdə görüşünün ardınca keçirilən tədbirdə Azərbaycan və Ukrayna liderləri iştirak edib.
İmzalanan sənədlər arasında biznes şəraitin tənzimlənməsinə dair və dövlətlərarası hökumət rabitə xəttinin təşkili ilə bağlı sazişlər olub, Azərtac agentliyi bildirir.
Məlumata əsasən, həmçinin, Gəncə ilə Odessa arasında niyyət protokolu və Quba ilə Truskavets arasında əməkdaşlıq haqqında müqaviləyə imza atılıb.
İlham Əliyev və Vladimir Zelenski-nin təkbətək görüşü vaxtı Ukrayna lideri Azərbaycan dövlət başçısını Ukraynaya dəvət edib.
"Azərbaycan çox qonaqpərvər torpaqdır. Fürsətdən istifadə edərək, Sizi də Ukraynaya rəsmi səfərə dəvət edirəm. Əmin edirəm ki, biz də olduqca qonaqpərvər bir ölkəyik", - Vladimir Zelenski-nin sözləri president.az saytında iqtibas olunur.
İkigünlük görüşün rəsmi mərasimi Azərbaycan Respublikası Prezidentinin iqamətgahının qarşısındakı meydanda baş tutub.