You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İlham Əliyev 2020-ci ilin dövlət büdcəsini təsdiq edib
Prezident İlham Əliyev Azərbaycanın 2020-ci il dövlət büdcəsi haqqında qanununu təsdiqləyib.
Qanuna əsasən, 2020-ci ildə Azərbaycanın xərci gəlirindən çox olacaq.
2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134, 5 milyon manat, xərcləri isə 26 milyard 894,7 milyon manat məbləğində təsdiq edilib.
İlham Əliyev həm də 2020-ci il üçün yaşayış minimumu haqqında qanunu da imzalayıb.
2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi isə 160 manat məbləğində təsdiq edilib.