"3-cü mikrorayon bazarında" yanğın

    • Müəllif, Günel Səfərova
    • Vəzifə, BBC News Azərbaycanca
  • Çap edildi
  • Oxuma vaxtı: 1 dəq

Video açılmırsa, YouTube-dan izləyin.

Bakının Nəsimi rayonunda yerləşən "3-cü mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın baş verib.

Fövqəladə hallar Nazirliyi bildirir ki, yanğın tam söndürülüb.

Qurumun məlumatına görə, bazarda 280 kv.m sahədə kafe və satış piştaxtaları, 2 ədəd "QAZEL" markalı yük avtomobili və bazara bitişik 50 kv.m sahəsi olan avtomobil təmiri sexi yanıb.

Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb, FHN bildirir.

Yanğınla bağlı tibbi yardım üçün müraciət edən olmayıb, Səhiyyə Nazirliyi bildirib.