You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Göz görə-görə meşə məhv edilib, ağzını açıb söz deyən yoxdur" - Şəkidən reportaj
- Müəllif, Günel Səfərova & Aygül Mehman
- Vəzifə, BBC News Azərbaycanca
- Çap edildi
- Oxuma vaxtı: 1 dəq
Bir müddətdir ki, Şəki və Qax ərazisində yüzlərlə hektar ərazidəki meşə sahələri kürünür.
Bunu edən şirkətə ərazini Ekologiya və Təbii Sərvətlər Nazirliyi icarəyə verib.
Kürünən əraziyə yaxın kəndlərin sakinləri isə bu vəziyyətdən narazıdır.
İcarəyə verilən ərazilərə həm də kənd bələdiyyələrinin tərkibində olan örüş sahələri də daxildir, sakinlər deyir.
Bu vəziyyət Bideyizdən başqa Şəkinin Köbər Zəyzid və Qaxın Qaçqaçay sakinlərini çıxılmaz vəziyyətə salıb.
Onlar örüş sahələri olmasa, dolanışıq da olmaz deyirlər.