Bakıda yataqxanada baş verən yanğın söndürülüb - 3 nəfər təxliyə olunub

FHN yanğınsöndürmə
Çap edildi

Föbqəladə Hallar Nazirliyinin (FHN) dekabrın 1-də yaydığı məlumata əsasən, Bakının Qaradağ rayonunda yerləşən beşmərtəbəli yataqxanada yanğın baş verib.

Yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yanğın beşmərtəbəli binanın beşinci mərtəbəsində baş verib - ümumi sahəsi 12 kv.m olan bir otağın yanar konstruksiyaları, ümumi sahəsi 20 m² olan digər otağın yanar konstruksiyaları 10 m² sahədə və dəhliz 20 kv.m sahədə yanıb.

"Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - FHN-in məlumatında qeyd olunub.

Media yazır ki, Sahil qəsəbəsi, Emin Quliyev küçəsində yerləşən yataqxana binasında yanğın saat 12:30 radələrində baş verib.