You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Zığ qəsəbəsində 40 ailə köçürülməyi gözləyir
- Müəllif, Günel Səfərova
- Vəzifə, BBC News Azərbaycanca
- Çap edildi
- Oxuma vaxtı: 1 dəq
Video açılmırsa, YouTube-dan baxın.
Bakının Zığ qəsəbəsində, Hatəm Allahverdiyev küçəsindəki bir çox evlər torpaq sürüşməsi səbəbindən qəzalı vəziyyətə düşüb.
Sakinlər deyirlər ki, 59 ailə təzminat alaraq başqa əraziyə köçürülsə də, hazırda 40 ailə hələ də köçürülməni gözləyir.
Yağış yağdıqda vəziyyət daha da pisləşən ərazidə sürüşmə hər gün yeni problem yaradır.
Ərazidən köçürülmək istəyən ailələr noyabrın 19-da Nazirlər Kabinetinin önünə toplaşıb.
Suraxanı Rayon İcra Hakimiyyətindən deyirlər ki, qəzalı evlər barədə informasiya toplanaraq Nazirlər Kabinetinə göndərilir və onların tapşırığı yerinə yetirilir.
Nazirlər Kabinetindən isə hələ ki, cavab almaq mümkün olmayıb.