You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bilik günü: Azərbaycanda yeni dərs ili başladı
Sentyabrın 16-da Azərbaycanda yeni tədris ili başlayıb.
Bu il orta məktəblərdə bütün siniflər üzrə 1 milyon 525 mindən çox şagird təhsil alacaq, Təhsil Nazirliyinin mətbuat xidməti bildirib.
164 mindən çox uşaq isə birinci sinifə gedir.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva bilik günü ilə əlaqədar şagird və tələbələri, onların yaxınlarını və müəllimləri təbrik edib:
"Bu, yeni dərs ilinin - böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram. Əziz dostlar, Bilik Gününüz mübarək!".