You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İraqdakı silahlıları vurmaq üçün İsrail dronlarının Bakıya gətirilməsi "yalandır"
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrail dronlarının İranın dəstəyi ilə İraqda döyüşən silahlıları vurmaq üçün Azərbaycana gətirilməsi xəbərinin yalan olduğunu bildirib.
"Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır", bunu XİN sözçüsü Leyla Abdullayeva bildirib.
Bir sıra xarici mətbuat orqanlarının yazdığı məlumata görə, İraqda İranın dəstəklədiyi döyüşçüləri hava hücumlarına məruz qoymaq üçün ABŞ, İsrail dronlarını Azərbaycana gətirib.
İraqdakı "Həşd Əl-Şə'əbi"nin (Xalq səfərbərliyi qüvvələri) komandiri Əbu Mehdi Əl-Mohandis ABŞ-ı İraq və İranı vurmaq üçün İsrail dronlarını Azərbaycana gətirməkdə ittiham edir", AMN qəzeti yazır.
Məlumatda həmçinin deyilir ki, İsrail mütəxəssisləri havada idarə olunan avadanlıqları sınaqdan keçirmək üçün Bakıya göndərib.
İddialara görə, 2017-ci ildə Orbiter 1K sistemi Azərbaycan hərbi qüvvələrinə nümayiş etdirilərkən onun sınaq üçün erməni hərbi mövqelərinə qarşı istifadə olunması tələb olunub. Lakin bu sınağı uğurla həyata keçirmək mümkün olmayıb. Bunu "The Times of İsrael" qəzeti yazır.