Kürdəmir-Şirvan yolundakı qəzada yaralanmış 19 nəfərdən 4-nün vəziyyəti stabildir

Şəklin mənbəyi, APA
Kürdəmir-Şirvan yolunda iki avtobus, bir minik avtomobili toqquşması nəticəsində qəza nəticəsində Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılmış 4 nəfərin vəziyyəti stabildir, institudan BBC News Azərbaycancaya verilən məlumatda deyilir.
"Həmin 4 nəfər xəstəxanaya dünən gətirilib bu gün palatadadırlar, vəziyyətləri də stabildir. Qolu zədələnmiş uşağa gəlincə, hələ amputasiya olunmayıb. Konsiliumdan sonra qərar veriləcək kəsilib-kəsilməyəcəyinə", - qurumdan bildiriblər.
Bazar günü Kürdəmir-Şirvan yolunda iki avtobus, bir minik avtomobili toqquşub.
"Toqquşma nəticəsində 19 nəfər yaralanıb, onlardan 10-u Şirvan Mərkəzi Rayon Xəstəxanasına (MRX), digər 9 nəfər isə Kürdəmir MRX-ya aparılıb", Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Kürdəmir MRX-dan verilən məlumata görə qəzadan sonra 6 qadın, 2 kişi, bir azyaşlı oğlan gətirilib.
Azyaşlının Bakıya Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (qolun amputasiyası), 2 kişinin isə Klinik Tibbi Mərkəzə (KTM) keçirilməsi qərara alınıb.
Şirvan MRX-ya 4 kişi, 6 qadın çatdırılıb.
Qadınların ikisində qapalı kəllə-beyin travması ehtimal olunub.
Xəbərlərdə yaralıların hamısına yardım göstərildiyi qeyd olunub.



























