You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Sabirabad bazarında baş vermiş yanğın söndürülüb
Çərşənbə axşamı günü səhər saatlarında Sabirabad şəhərinin mərkəzi bazarında baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, yanğın nəticəsində ümumi sahəsi 1060 kvadrat metr olan 2 mağaza və ümumi sahəsi 7650 kvadrat metr olan mərkəzi bazarın ərazisində 3 dükan 70 kvadrat metr sahədə (ümumi 1130 m2) yanıb.
Hadisə şahidləri bildirib ki, ""Əmin" mağazalar şəbəkəsinin ambarlarından başlayıb. Bazar ətrafında yerləşən Çıraq marketin də anbarları yanıb".
Sabirabad rayon Polis Şöbəsindən bildiriblər ki, "hadisə nəticəsində xəsarət alan olmayıb".
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin 15-ə yaxın yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.