Vergilər Nazirliyi bəyannamələrini verə bilməyənlərə "yardım edəcək"

Şəklin mənbəyi, AZERTAG
Çap edildi
Vergilər Nazirliyi saytında texniki xəta baş verdiyindən bəyannamələrini verə bilməyənlərə yardım edəcək.
Nazirlik hələ texniki xəta aradan qaldırılmadığı üçün vergi ödəyicilərinə yerli mərkəzlərdə şənbə günü xidmət göstərəcək.
Nazirlikdən BBC News Azərbaycancaya verilən məlumata görə, xidmət mərkəzləri yanvarın 12-də səhər saat 10-dan 14-dək fəaliyyət göstərəcək.
Qurum bildirib ki, yalnız "Məcburi dövlət sosial sığortası üzrə" və "İşsizlik sığortası üzrə" rüblük hesabatlar və vergi bəyannamələrinin təqdim edilməsini həyata keçiriləcək.
Vergilər Nazirliyi bundan əvvəl qurumun saytında yaşanmış texniki nasazlığın aradan qaldırılması ilə bağlı iş aparıldığını bildirmişdi.























