You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İslandiya millisinin qapıçısı Qarabağa gəlir
Dünya Çempionatında Messinin 11 metrlik cərimə zərbəsini qurtaran İslandiya milli futbol komandasının qapıçısı bu gündən etibarən 2 illik müqavilə ilə Qarabağ Ağdam futbol klubunun futbolçusu olacaq, Qarabağın sözçüsü bildirib.
Futbol karyerası ilə yanaşı film rejissoru olan Hannes Thor Halldorsson-un Qarabağa transferi barədə ilk məlumat İslandiya mətbuatında yayılıb və agenti Olafur Gardarsson tərəfindən təsdiqlənib.
BBC Azərbaycancanın sorğusuna cavabında, Qarabağ Ağdam futbol klubunun PR meneceri Nurlan İbrahimov məlumatın doğru olduğunu bildirərək, islandiyalı qapıçının Qarabağla 2 illik müqavilə bağladığını bildirib.
1984-cü il, aprelin 27-si dünyaya gələn Hannes Thor Halldorsson bundan əvvəl Danimarkanın Randers futbol klubunun qapıçısı olub.
O, İslandiyanın 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi üçün təmsil edən müğənni Jonsi-nin mahnısı üçün hazırlanan video klipin direktoru olub.