“Həbs olunmaqdan qorxmuram”, Xədicə İsmayıl

Çap edildi
Toplum TV baş redaktoru Xədicə İsmayıl polisə çağrılıb.
Videoya YouTube kanalımızda baxın.
Polis Toplum TV ofisində martın 6-sı axtarış edib. Kanalın təsisçisi və bir neçə jurnalist həbs edilib.
DİN BBC-yə deyib: Toplum TV-də axtarış "daxil olan məlumat" əsasında aparılıb.
Polis axtarışdan sonra Toplum TV-nin ofisini möhürləyib.
TV-yə qarşı “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.
Xədicə İsmayıl polisə ifadə verməkdən imtina etdiyini deyib.
Polisdən ittihamlara cavab almaq mümkün olmayıb.






















