İran Prezidenti Məsud Pezeşkian Bakıdadır

Məsud Pezeşkian Azərbaycana gəlib

Şəklin mənbəyi, Azərtac

Çap edildi
Oxuma vaxtı: 2 dəq

Aprelin 28-də İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib.

Onun "Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə görüşü" olub, Azərtac yazıb.

Bu, İran azərbaycanlısı olan Məsud Pezeşkianın Prezident kimi Azərbaycana ilk səfəridir.

Son illərdə İranla Azərbaycan arasında münasibətlər gərgin olub.

2023-cü ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra münasibətlər lap pisləşib.

Həmin hücum nəticəsində mühafizə rəisi həlak olmuş, iki təhlükəsizlik əməkdaşı yaralanmışdı.

Məsud Pezeşkian Bakıya səfəri əsasında Azərbaycanın dövlət televizisiyası AzTV-yə müsahibə verib. O bildirib ki, iki ölkə arasında gediş-gəliş olmalı, yollar açılmalıdır.

Pezeşkian İran-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyənlər barədə danışıb: "Biz uşaq vaxtı dalaşırdıq, sonra başırdıq. Amma böyüklər bu davaya qatılanda küsürdülər. Ona görə də böyüklər uşaqların söhbətinə qarışmamalıdır".

Bir müddət əvvəl Ərdəbil mollasının məclisində Azərbaycan Prezidetinin ünvanına ağır sözlər deyilməsi Bakının qəzəbinə səbəb olmuşdu.

Pezeşkian deyib ki, ikitərəfli münasibətlərə xələl gətirmək istəyənlərin dedikləri iki ölkə arasındakı münasibətlərə təsir etməməlidir.

Bakı və İran sərhəddi Azərbaycanın digər quru sərhədləri kimi 2020-ci ildən bəridir ki, bağlıdır.

Məsud Pezeşkian 2024-cü ilin iyununda İran Prezidenti seçilib.

Pezeşkian ölkəsində "korrupsiya və qohumbazlıqdan uzaq" birisi kimi tanınır.

İxtisasca həkim olan 70 yaşlı Pezeşkian İranda nazir, nazir müavini, parlamentdə spikerin birinci müavini kimi müxtəlif vəzifələr tutub.

Videoya Youtube kanalımızda baxa bilərsiniz.