You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Göyçayı zibil seli basıb
Göyçayda sel suları məişət tullantıları poliqonunu yuyaraq Qarabaqqal kəndinə sari gətirib.
Sosial mediada sel sularına qarışan zibilin vídeo görüntüləri yayılıb.
Rayon icra hakimiyyətindən BBC-yə bildiriblər ki, Göyçay şəhərinin məişət tullantıları illərdir ki, kəndin yaxınlığındakı dağlıq əraziyə boşaldılır.
Burda isə məişət tullantılarını emal edən müəssisə yoxdur.
Ona görə də zibilin üstü ya torpaqla basdırılır, ya da təbii çürümə yolu ilə məhv edilir, icra hakimiyyəti deyib.
Hazırda idə sel sularının kəndə gətirdiyi zibil tullantıları yenidən toplanır, icra hakimiyyətindən bildiriblər.
Videonu Youtube kanalımızda izləyin.