You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiya sülhməramlıları Azərbaycanı “tam tərk edib”
Çap edildi
Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisindən çıxarılması prosesi bu gün başa çatıb, Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Rusiya sülhməramlıları İkinci Qarabağ müharibəsindən sonra bu bölgədə yerləşdirilmişdi.
Lakin erməni əhali Qarabağı tərk etdiyi üçün sülhməramlılar vaxtından əvvəl Qarabağdan çıxarılmağa başlanıb.
"Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib". – nazirliyin rəsmi saytında qeyd olunub.
Videoya YouTube kanalımızda baxın.