Azərbaycanda quru sərhədləri yenə bağlı qaldı

Azərbaycanda quru sərhədləri yenə bağlı qaldı

Şəklin mənbəyi, Getty

Çap edildi
Oxuma vaxtı: 1 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb, gələn ilin yanvarınadək.

Bu barədə Nazirlər Kabineti qərar verib.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube kanalımızda baxın.

Qərarda deyilir ki, məqsəd Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaqadır.

Bu isə o deməkdir ki, Azərbaycanın quru sərhədləri yenə də bağlı qalacaq.

Bu xəbər sosial mediada sevinclə qarşılanmayıb.

Ceyhun Ağayev yazıb ki, "Nə istəyirsiniz bu millətdən. Əl çəkin yaxamızdan".

"Bir yuxudur... İndi ayılıb görəcəyik ki, bu bir yuxudur..." - Bahman Quliyev belə yazıb.

Rich Mich adlı istifadəçi isə iddia edir ki, Azərbaycan dünyada sərhədləri bağlı üç ölkədən biridir. "Bədbəxt Azərbaycan vətəndaşları, 20 manatlıq yolu 200 manat təyyarə ilə gedir", - o yazıb.

Ceyhun Abdulayev isə belə bir təklif verib: "Bir dəfəlik karantin rejimini daimi etsinlər, vəssalam. Niyə hər dəfə əziyyət çəkib uzadırlarʔ!"

Ümumdünya Səhiyyə Təşkilatı 2023-cü ilin may ayında qlobal Covid pandemiyasının başa çatdığını elan edib.

Azərbaycanda quru sərhədlərin bağlı qalmasının gediş-gəlişə və kiçik bizneslərə təsir etməsinə dair şikayətlər var.

Bir çoxları qonşu Gürcüstan, Türkiyə, İran və Rusiyaya quru yolla səfər etmənin daha ucuz başa gəldiyini deyir.

Prezident Əliyev isə əvvəlki çıxışlarında quru sərhədlərin siyasi təhlükəsizlik səbəbindən bağlı qaldığını bildirib.