Xameneinin oğulları ataları ilə vidalaşır

Videonun alt yazısı, Xameneinin oğulları ataları ilə vidalaşır
Xameneinin oğulları ataları ilə vidalaşır
Çap edildi

İranda keçmiş ali dini lider, Ayətullah Əli Xamanei ilə vida mərasimi davam edir.

Mərasimdə xarici və yerli rəsmilərlə yanaşı, Xameneinin üç oğlu - Məsud, Mustafa və Meysəm də iştirak ediblər.

İranın indiki Ali dini Lideri Müctəba Xamenei isə atası ilə vida mərasimində iştirak etməyib.

Hökumət bunun səbəbini onun İsrail tərəfindən öldürülmə təhlükəsi ilə izah edib.

O, atası fevralın 28-də ABŞ-İsrail hücumlarında öldürüldükdən sonra İranın Ali dini lideri təyin olunub, amma ictimaiyət qarşısında görünməyib.

Xamaneyinin yas mərasiminə Azərbaycan, Türkiyə, Rusiya, Türkmənistan, İraq, Tacikistan, Qətər, Gürcüstan, Pakistandan nümayəndələr qatılıb.

Xamanei ilə vidalaşma iyulun 3-də başlayıb və İranda və İraqda olmaqla, iyulun 9-da başa çatacaq.