Deputat: "Tıxaclar dözülməz həddə çatıb”

Videonun alt yazısı, Deputat: "Tıxaclar dözülməz həddə çatıb”
Deputat: "Tıxaclar dözülməz həddə çatıb”
Çap edildi

Millət vəkili Arzuxan Əlizadə parlamentdə deyib ki, "Şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir. Tıxaclar dözülməz həddə çatıb".

Millət vəkili Zahid Oruc isə problemin səbəblərindən biri kimi bölgələrdən Bakıya köçü göstərib.

"Bizim boşalan kəndlərimizə qayıdış proqramı lazımdır", - Zahid Oruc deyib.

Deputatların bu açıqlamaları sosial mediada geniş müzakirə olunub.

Bir sıra istifadəçilər bildirib ki, tıxac problemi yeni deyil və bu barədə daha əvvəl danışılmalı idi.

Alxasova adlı biri sual edir ki, "Ən çox istifadə olunan stansiyanın təmirinə bu vaxt başlayanda bilmirdiniz ki, belə olacaq? "28 May" və "Elmlər Akademiyası" ən çox istifadə olunan stansiyalardandır. Bir az ölçü götürün də. Yazıqdır axı bu gənclər".

Təkliflər də səsləndirənlər olub.

Xanim39245 adlı istifadəçi təklif edir ki,

"Təcili olaraq təhsilin onlayn sistemə keçirilməsini tələb edirik. Mənim qızım ötən gün universitetə gedərkən nəqliyyatda sıxlıq səbəbindən huşunu itirib. Artıq dözülməz həddədir. Sabunçudan Elmlərə üç saata çatıb".

Zahid Orucun bölgələrə qayıdışla bağlı fikirləri də fərqli reaksiyalar doğurub.

Bir istifadəçi yazı ki, "Özləri tıxacda qalıb deyə yada düşüb. Kənddə qaz yox, su yox, iş yox".

AYNA və Bakı Metropolitenı bildirib ki, sentyabrın 23-dən etibarən "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq.

Qurumlar bununla Bakının giriş istiqamətlərində sıxlığı azaltmaq və alternativ marşrutlar yaratmaq istədiklərini açıqlayıb.

Hökumət 2025-ci ildə Bakı və ətraf ərazilərdə nəqliyyatın təkmilləşdirilməsinə dair dövlət proqramı qəbul edib.

Proqramda 10 yeni metro stansiyasının tikintisi, şəhərətrafı qatarlar, yeni avtobus zolaqları, tramvay xətti, ağıllı işıqforlar və digər tədbirlər nəzərdə tutulduğu açıqlanıb.