You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistan Azərbaycanı məhkəməyə verib, Azərbaycan bunun ləğvinə çalışır?
Çap edildi
Azərbaycan Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində ona qarşı qaldırdığı işi ləğv etməyə çalışır.
Azərbaycan tərəfi deyib ki, qaldırılmış iş hakimlərin yurisdiksiyasında deyil.
Azərbaycan nümayəndəsi Elnur Məmmədov deyib ki, Ermənistan bu mübahisəni həll etmək üçün Azərbaycanla danışıqlara getməyib və mövcud məhdud müzakirələri mümkün qədər davam etdirə bilməyib.
Ermənistan və Azərbaycan bir-birini 2021-ci ildə irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında beynəlxalq konvensiyanın “sistemli pozulmasına” görə məhkəməyə veriblər.
Sabah məhkəmədə Ermənistanın vəkilləri çıxış edəcək.