You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
YAP-dan istefa verən Elvar Mirzəoğlu: "Partiyadan istefa vermək qəbahətdir?"
Video açılmırsa, YouTube-dan izləyin.
Yeni Azərbaycan Partiyasından istefa verən hüquqşünas Elvar Mirzəoğlu ona qarşı polis təzyiqi olduğunu iddia edir.
Onun 7 ildən çoxdur ki, üzvü olduğu partiyadan istefasına səbəb bir müddət əvvəl bir qrup müxalif qüvvəni birləşdirən Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızının intim görüntülərinin yayılması olub.
- Prezident Adminstrasiyasından "Cəmil Həsənlinin qızı" qalmaqalına cavab: "Bu məsələ ən yüksək səviyyədə nəzarətə götürülüb"
- Bəxtiyar Hacıyev və Nərmin Şahmarzadə kiberhücumlarda Azərbaycan hakimiyyətini günahlandırırlar
- Mehman Hüseynov: "Dronu əldən almaqla, korrupsiya faktlarını araşdırmağın qarşısını almaq olmayacaq"
Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Elvar Mirzəoğlu 4 il əvvəlki cinayət işinin yenidən yada düşməsini də istefa səbəbi ilə əlaqələndirir.
Daxili İşlər Nazirliyindən isə Elvar Mirzəoğlunun iddiaları ilə razı deyillər.
Qurumun KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev BBC News Azərbaycancaya bildirib ki, Elvar Mirzəoğlu barəsində başlamış cinayət işi üzrə istintaq araşdırmalarının siyasi motivi yoxdur və onun iddiaları "əsassız"-dır.